Bu gün Azərbaycanda önəmli qərarların veriləcəyi gündür.
Fanat.Az xəbər verir ki, AFFA-nın saat 15:00-da qurumun inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.
İclasın gündəliyini diqqətinizə çatdırırıq:
1. AFFA-nın inkişafı strategiyasının müzakirəsi
- İnkişaf hədəflərinin müəyyən olunması
- Strategiyanın yazılması
2. Azərbaycan Premyer Liqasında komanda sayının artırılmasının müzakirəsi
3. Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümündə tətbiq olunacaq legioner limitinin müzakirəsi
4. 2024-cü il üçün AFFA büdcəsinin müzakirəsi.