FIFA Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin klubuna - "Adana Dəmirspor"a transfer qadağası qoyub.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən türkiyəli jurnalist Yağız Sabuncuoğlu yayıb.
Xəbərə görə, buna səbəb Adana təmsilçisinin sabiq baş məşqçisi Patrik Klyuvertə borclu olduğu 142 min avronu ödəməməsidir. Mənbə Super Liqa klubunun qarşıdakı üç transfer pəncərəsində yeni oyunçular ala bilməyəcəyini vurğulayıb.
Xatırladaq ki, niderlandlı baş məşqçi 2023-cü ilin iyulundan dekabrın əvvəlinədək "Adana Dəmirspor"u çalışdırıb.