İkinci Liqanın 25-ci turu çərçivəsində "Baku Sportinq" evdə "Dinamo"nu qəbul edib. Görüş paytaxt təmsilçisinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qələbə çempionluğun rəsmiləşməsi ilə də yadda qalıb.
"Baku Sportinq"in baş məşqçisi Elman Sultanovla əlaqə saxlayıb görüş və çempionluq barədə fikirlərini öyrəndik.
Sultanovun Fanat.Az-a açıqlaması belə oldu:
"Çətin oyun oldu. Öncə 2:0 irəlidə olsaq da, rəqib bərabərliyə nail oldu. İkinci hissədə yenidən matçda üstünlüyü ələ aldıq və yaxaladığımız epizodları qollara çevirərək qalib gəldik.
Mövsüm çox uzun və yorucu olsa da, biz eyni templə başlayıb, eyni templə davam etdik. Son turda da qalib gəlib çempionluq kubokunu başımız üzərinə qaldıracağıq".
Nahid Ustaclı