14:56 15.05.2024 1391

Lisenziya alan klubların adları açıqlandı - RƏSMİ

AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib.

Fanat.Az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, iclasda 2024/2025-ci illər mövsümündə UEFA-nın kişilər və qadınlar arasında klub yarışlarında, Azərbaycan Premyer Liqasında və AFFA Yüksək Qızlar Liqasında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.

AFFA-nın Lisenziya Komissiyası Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2023) 9-cu maddəsinə əsaslanmış müzakirələrdən sonra aşağıdakıları qərara alıb:

1. UEFA-nın kişilər arasında keçirilən klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin: “Qarabağ” FK, “Neftçi” PFK, “Sabah” FK, “Sumqayıt” FK, “Turan Tovuz” PFK İB, “Zirə” PFK.

2. UEFA-nın qadınlar arasında Çempionlar Liqasında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
“Neftçi” PFK, “Sumqayıt” FK.

3. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
“Araz-Naxçıvan” PFK, “Kəpəz” PFK İB, “Qəbələ” İK, “Səbail” PFK.

4. AFFA Yüksək Qızlar Liqasında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
“Araz-Naxçıvan” PFK, “Qəbələ” İK.

Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.

Qeyd edək ki, Azərbaycan futbol klubların lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2023) 14-cü maddəsinə müvafiq olaraq, 2024/2025-ci illər mövsümündə aşağıda göstərilən lisenziyaları alımış klublar avtomatik olaraq digər lisenziya(ları)nı əldə etmiş hesab olunur:
• UEFA-nın kişilər arasında keçirilən yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün Azərbaycan Premyer Liqası və I Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış hesab olunurlar.
• Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün I Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış hesab olunurlar.
• UEFA-nın qadınlar arasında keçirilən yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm AFFA Yüksək Qızlar Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış hesab olunurlar.

Cari mövsüm I Liqa və II Liqa yarışlarında, həmçinin AFFA Yüksək Qızlar Liqasında iştirak edən və ərizə ilə muraciət edən digər klubların ərizələrinə mayın 27-də baxılacaq və müvafiq qərarlar qəbul olunacaq.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

29 İyun 2025
09:00

"Parma"nın hücumçusu İtaliya nəhəngində - MƏBLƏĞ

05:02

"Çelsi" "Benfika" əlavə vaxtda yenib 1/4-ə yüksəldi

00:45

“Kəpəz” portuqaliyalı futbolçularla vidalaşdı

28 İyun 2025
23:58

Azərbaycanlı güləşçi Türkiyədə çempion oldu

23:33

İtaliya çempionu İspaniya millisinin üzvü ilə razılığa gəldi

22:58

Klublararası dünya çempionatı: İlk 1/4 finalçı bilindi

22:20

Azərbaycan millisi Belarusa uduzdu

21:58

Vinisius Qaret Beylin uğurunu təkrarladı - "10-luq"

21:17

Millimiz Avropa çempionu oldu

20:21

"Udineze"nin qapşçısını 4 illik həbs gözləyir - SƏBƏB

19:53

"Neftçi" milli üzvünün keçidini açıqladı

19:05

Altıqat İngiltərə çempionu "Milan"dan ayrıldı

18:40

“Neftçi” yeni transfer reallaşdırdı

18:22

"Kəpəz" daha 3 əcnəbini yola saldı

17:44

"Sabah" legioneri ilə vidalaşdı

17:28

U-16 beynəlxalq turniri bürünc medalla bitirdi

17:01

Anar Ələkbərov FIA Senatının üzvü seçildi

16:30

"Liverpul" növbəti transferini açıqladı

15:56

"Sabah"ın Avroliqa oyunlarına hakim təyinatları bilindi

15:35

Azərbaycan millisinin üzvü karyerasını başa vurdu

14:54

"Benfika" Otamendi ilə bağlı qərarını verdi - RƏSMİ

14:33

Bakıda beynəlxalq turnir başlayır

14:05

"Kəpəz" kapitanı ilə yollarını ayırdı - RƏSMİ

13:37

"Zirə"nin "Hayduk"la oyunlarının başlama vaxtı bilindi

13:00

"Dostum bura gəlməyi məsləhət bildi" - Patrik Andrade

12:39

Karate üzrə yay seminarı keçirilir

12:17

"Sabah"ın rəqibində ayrılıq reallaşdı

11:14

Postekoğlu MLS klubunu çalışdırmağa yaxındır

10:08

Ingiltərə nəhəngi PSJ-nin 100 milyonluq futbolçusuna elçi düşdü

09:32

"Karvan" "Dinamo" ilə əməkdaşlığa başladı - AÇIQLAMA

09:00

Klublararası dünya çempionatı: 1/8 final başlayır

00:33

Azərbaycan güləşçiləri 6 medal qazandılar

27 İyun 2025
23:49

Azərbaycanın üç yunan-Roma güləşçisi U-15 Avropa çempionatının finalında

23:21

"Bu turnirdəki ən yaxşı oyunumuz idi" - Kapitan darmadağından danışdı

22:43

Azərbaycan milliləri Ermənistan və Gürcüstani yenərək 1/4 finala yüksəldilər

22:13

"Turist olsaydım, ona baxmağa gedərdim" - Bred Pitt

21:48

"Bizi həqiqətən ağır matç gözləyir" - Xabi Alonso

21:04

"Qarabağ"ın əsas komandası U-15 və U-13 ilə görüşdü - FOTO

20:43

"Əl-Hilal"ın portuqaliyalısı "Mançester Siti"yə qarşı necə oynayacaqlarını açıqladı

20:28

"Əl-Nəsr" ilə müqavilə yeniləyən Ronaldu nə qədər qazanacaq? - MƏBLƏĞ

Facebookdan bizi izləməyi unutmayın.
X