Azərbaycan I Liqasında XXVI tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, son oyun günü iki qarşılaşma baş tutub.
Premyer Liqaya vəsiqə uğrunda əsas qarşılaşmada “Şamaxı” “Qaradağ Lökbatan”ı 3:2 hesabı ilə məğlub edərək sona bir tur qalmış liderliyə yüksəlib.
“İmişli” isə səfərdə məğlub olub.
Azərbaycan I Liqası
XXVI tur
16 may
Qaradağ Lökbatan – Şamaxı 2:3
Qollar: Seyxan Fərəcov, 14-pen. Xəlil Bəşirov, 40 – Emin Zamanov, 31-pen, 48, 52.
Araz Saatlı – İmişli 2:1
Qollar: Sequn Omotoşo, 64, 69 – Xəqani Sadıxov, 89.