Bakıda təlim-məşq toplanışı keçirən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Gürcüstan yığması ilə yoldaşlıq oyunları ləğv edilib.
Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna Gürcüstan seçməsinin Azərbaycana səfər edə bilməməsi səbəb olub.
Azərbaycan yığması hazırlıq prosesini mayın 21-dək davam etdirəcək.
Qeyd edək ki, qarşılaşmalar mayın 18-i və 21-də baş tutmalı idi.