00:48 18.05.2024 275

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 35-ci turunda "Turan Tovuz"a 4:3 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib.

– Futbolçularımı təbrik edirəm. Rəqib yaxşı performans göstərdilər. Azarkeşlərə təşəkkür edirəm ki, soyuqda matçı izlədilər.

– Bizim baş məşqçilər xarici səfərlərə gedir. Bu gün Azərbaycanda bir nömrəli məşqçi sizsiniz. Maraqlıdır, kimlərsə xaricdən sizin yanınızda təcrübə keçmək istəyən olub?

– Xaricdən gələnlər olub. Rusiya, Qazaxıstan, Polşa və s. Klub olaraq buna sevindik. Biz də gedirik xaricdən öyrənirik. Bizimlə də belə görüşlər keçirəndə şad oluruq. Kim nə vaxt gəlmək istəsə, qapımız onlara açıqdır. Amma özüm də axtarışdayam. Kənardan başqaları fikir bildirsə, daha yaxşı olar.

– AFFA İK-nın iclasından sonra infrastruktur problemindən söz açmışdınız. İnfrasturukturu formalaşdırmaq üçün nə qədər müddət lazımdır?

– Vaxt demək düzgün çıxmaz. Amma klublarımız böyüsə, stabil sponsorlar olsa, çox vaxt lazım deyil. Bizim bazamızın hazır vəziyyətə gəlməsinə maksimum 2 il müddət getdi. Yaxşı istək olsa və başa düşərək işə yanaşsan, vaxt çox getməz. Futbolun inkişafı üçün birinci amil infrasturuktur olmalıdır.

– Mayın 5-də klubun sosial mediasında paylaşım olmuşdu. “Tezliklə” başlığı qeyd olunurdu. Bu barədə müxtəlif müzakirələr getdi. İddialar var ki, yeni müqavilə imzalamısınız. “Qarabağ”la müqaviləniz bitib?

– Kim paylaşıb onu? (gülür) Vallah, heç birindən məlumatım yoxdur. Hələ komanda ilə 1 il müqaviləm var. Digər xəbərlərlə bağlı da məlumatım yoxdur.

– Portuqaliya mətbuatı Andradeyə təklif olduğunu yazmışdı.

– Belə məlumat yoxdur.

– Legionerlərin daha yüksək liqaya getmək istəyənlər var?

– Qərar vermək asandır. Çoxunun müqaviləsi var. Hansı oyunçu klubdan getmək istəsə, mütləq qarşılıqlı razılıq olmalıdır. Bu, mənim üçün asan olan tərəfdir. Hazırda hər hansı futbolçu ilə danışıq olmayıb. Hamı bu komandaya hörmətlə yanaşır. Ola bilər kimlərləsə danışıq olsun. Çalışacağıq ki, klub üçün faydalı olsun.

– Son iki turda əsas oyunlarda VAR hakimləri əcnəbi olacaq. Buna ehtiyac var idi?

– Bunu heç xoş qarşılamadım. Hamı öz sahəsində aktiv olmağa çalışmalıdır. Bu gün şansımız varsa ki, daha yaxşı olmalıyıq. Səhvlər olur, bilmirəm VAR nə qədər qəlizdir. Amma əgər bir insanın, hakimin işi qərar verməkdirsə və bundan narazılıq olacaqsa, hakim bu qərarı verməsə yaxşı olar. Referilərimiz yəqin ki, bundan sonra daha məsuliyyətli çalışarlar. Cavan kadrlardır. Əslində bu təcrübə digər ölkələrdə də var. Əliyar Ağayev Yunanıstana gedir. Bu yaxşıdır. Demək güvənirlər. Yerli hakimlərimiz yəqin ki, gələcək çempionat üçün kiməsə şans verməzlər. Baxmayaraq ki, hər sahədə legioner olur, amma hakimlikdə yerli olmalıdır.

– Bu işdə hakimlər günahkardırlar?

– Bəli, daha çox aktiv olmalıdırlar.

– “Bayer”ə qələbələr arzu etmişdiniz…

– Hər arzum belə həyata keçsəydi… Hər oyundan əvvəl rəqibə uğur arzulayırıq. Bu gün də rəqiblərimizə uğurlar. Belə hallar olur. Amma onlar sanki çempionluğa layiqdirlər. Öz işləri ilə məşğul olurlar. Hamısı istəkli, sadə, bacarıqlı və işgüzardır. Elə komandalar var ki, onlara qalibiyyət yaraşır. Finalda da onlara azarkeşlik edəcəyik.

– Danışıq apardığınız futbolçular var?

– Demək olar ki, hər mövqedə olan oyunçulara baxış keçiririk. Bəzən elə matereal əldə edirsən ki, ona yox deyə bilmirsən. Həm müdafiə, yarımmüdafiə və hücum xəttinə axtarış gedir. Hər zaman olduğu kimi indi də çətindir. Əsas kollektivi qoruyub saxlamaqdır. Bundan sonra bir neçə oyunçu heyətimizə qatmaq istərdik

Mənbə: futbolpress.az

 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 İyun 2024
22:30

"Albaniyanı da siyahıdan silmək olmaz" - Luis de la Fuente

21:32

"Xorvatiyanı məğlub etmək üçün..." - Daniel Olmo

20:18

Errera La Liqa klubu ilə müqavilə yenilədi

19:30

"ÇL-də 48 qələbəmiz var" - Laporta "malı mala qatdı" 

18:45

Stiven Cerard Fransa klubu ilə anlaşdı

18:23

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR 

18:11

Braziliyalı vunderkind İngiltərə klubunda - RƏSMİ

17:49

Dzanetti A Seriyası təmsilçisinin baş məşqçisi oldu - RƏSMİ

17:37

Volkov "Zirə"yə qayıtdı - RƏSMİ

17:31

"İstənilən rəqiblə mübarizə aparmağa qadir kollektivə çevrilmişik" - Xviça Kvaratsxeliya

17:13

Fransa millisinin futbolçularına nə olub? - Açıqlandı

16:56

Koutinyo İngiltərəni tərk etməyə qərar verdi - Yeni klubu da bəllidir

16:41

Messi məşqçi olacaq? - Özü dedi

16:39

ETOPAZ-da Avro-2024 üzrə Fantasy Liqasına qoşulmaq üçün son 1 GÜN!

16:19

“Misli” “GoalPlus SummerFest 2024” yarışlarının sponsorudur

16:02

"Məqsədsiz şəkildə qaçsaq..." - Qvardiol "ölüm qrupu"ndan danışdı 

15:34

Terziç "Borussiya"nı tərk etdi - RƏSMİ

15:13

Madrid nəhəngi ulduzu ilə bağlı qərarını verdi

14:56

"Milan" yeni baş məşqçisini açıqladı - RƏSMİ

14:40

"Sabah" legioneri ilə vidalaşdı

14:25

"Sumqayıt"da növbəti ayrılıq

14:00

"Ümid edirəm ki, bu dəfə turnirin qalibi olacağıq" - Harri Keyn

13:42

“Mançester Yunayted” ten Haqla bağlı yekun qərarını verdi - SON DURUM

13:23

"Zenit" "Beşiktaş"a iki futbolçusu üçün bu qədər ödəyəcək

13:05

"Zirə"də daha iki müqavilə - RƏSMİ

12:46

"İndi həmin finala təbəssümlə baxıram, çünki..." - Kilian Mbappe

12:29

AFFA Santuşla müqavilənin detallarını açıqladı: "Təzminat və maddi məsələlər..."

12:17

"Qərar verməyimdə bəzi məsələlər önəmli rol oynadı" - Fernandu Santuşdan ilk açıqlama

11:45

Modriç "Real"da qalmaq üçün maaşının ikiqat azaldılmasına razı olub - MƏBLƏĞ 

11:28

AÇ-2024: İngiltərə - Serbiya oyunu təhlükə altındadır

11:09

Ayxan Abbasov "Şamaxı"da - RƏSMİ

10:50

Messi karyerasını başa vuracağı klubu açıqladı

10:31

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

10:10

"Bayern" Yaponiya millisinin üzvü ilə anlaşdı

09:24

Qattuzonun yeni iş yeri bilindi

09:00

"Santuşun işi əməlli-başlı çətin olacaq" - Aslan Kərimov

12 İyun 2024
22:48

"Bəzi futbolçular məni əvvəlkitək Bembi adlandırırlar" - Camal Musiala

21:18

Fonsekanın "Milan"da nə qədər qazanacağı dəqiqləşdi

20:15

"Bəzən Yamalın qulağını çəkməli oluram"

19:27

"Bilirik ki, bir sıra çətinliklərlə qarşılaşacağıq, ancaq... " - Alvaro Morata

Facebookdan bizi izləməyi unutmayın.
X