Bu gün Misli Premyer Liqasında XXXV tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, üç günü əhatə edən turun bağlanış matçı Qəbələdə baş tutub.
“Araz-Naxçıvan” bu mövsüm elitanı tərk edəcəyi dəqiqləşən, ancaq son iki turda qələbə qazanan “Qəbələ”nin qonağı olub. Kaxaber Tsxadadzenin komandası ardıcıl 3-cü qələbəsini qazanaraq, martda "Qəbələ"dən istefa verərək əks düşərgəyə üz tutan Elmar Baxşıyevi sözügedən bölgəyə ilk səfərində məyus edib.
Qeyd edək ki, turun digər görüşlərində "Qarabağ" "Turan Tovuz"a (4:3), "Sabah" "Sumqayıt"a (2:0), "Neftçi" "Səbail"ə (3:0), "Zirə" isə "Kəpəz"ə (1:0) qalib gəlib.
Misli Premyer Liqası
XXXV tur
19 may
"Qəbələ" – "Araz Naxçıvan" 2:0
Qol: Osama Xalayla, 50. Əyyub Allaş, 87.
Hakimlər: Elvin Bayramov, Vüsal Məmmədov, Tərlan Talıbzadə, Əkbər Əhmədov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Qəbələ şəhər stadionu
"Qəbələ": 1. Rəşad Əzizli, 34. Urfan Abbasov (k), 28. Murad Musayev, 7. Emil Səfərov, 25. İbrahim Ramazanov, 27. Eşqin Əhmədov, 10. Klesio Bauk, 4. Lukas Afriko, 99. Ahmed Ayzaya, 9. Əyyub Allaş, 72. Osama Xalayla.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 2. İlkin Qırtımov, 5. Rauf Hüseynli, 12. Nicat Əliyev, 71. Sənan Ağalarov, 97. Emil Süleymanov, 30. Şahin Şahniyarov, 77. Okan Təhməzli, 20. Bilel Auaşeriya, 17. Yaovi Akakpo.
Baş məşqçi: Kaxaber Tsxadadze.
"Araz-Naxçıvan": 12. Kristian Avram, 6. Vadim Abdullayev (k), 10. Orxan Əliyev, 3. Turan Manafov, 2. Abdulla Rzayev, 11. Ramin Nəsirli, 29. Vanderson Melo, 42. Kadiri Mohammed, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 8. İsmail Azzaui.
Ehtiyat oyunçular: 1. Vüsal Şabanov, 39. Tural Bayramlı, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 17. İldar Alekperov, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 9. Elvis Maşike.
Baş məşqçi: Elmar Baxşıyev.