Misli Premyer Liqasının 35-ci turu çərçivəsində "Neftçi" səfərdə "Səbail" ilə qarşılaşıb. Görüş "ağ-qaralar"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın ardından qalib komandanın yarımmüdafiəçisi Filip Ozobiç Fanat.Az-a müsahibə verib.
- Matç haqqında fikirləriniz necədir?
Düşünürəm, bu qələbəyə layiq idik və “Səbail”dən daha yaxşı oynadıq. Əvvəlcə çox pressinq etmək istəmirdik, sonra isə başladıq. Amma düşünmürəm ki, onlar bizdən yaxşı oynayırdılar qola qədər. Bizim də çoxlu şanslarımız olurdu. Sadəcə yerinə yetirə bilmədik. Bu qələbə bizim üçün çox vacib idi.
- Bugünkü çıxışınızı necə dəyərləndirirsiniz?
- Öz oyunumu qiymətləndirmək çətin olar. Bunu gərək başqaları qıraqdan baxıb desin. Özüm özümü qiymətləndirmək istəmirəm.
- Növbəti tur "Sabah"a qarşı keçirəcəksiniz.Bu oyun haqda düşüncələriniz necədir?
- Son turdakı “Sabah”la oyuna yaxşı hazırlaşıb maksimum nəticə əldə etmək istəyirik. Qələbə qazanmaq əzmindəyik.
- Yayda klubu tərk edəcəyinizlə bağlı xəbərlər var. Bu haqda nə deyərdiniz?
- Mənim indi “Neftçi” ilə müqaviləm var. Yalnız bu haqda düşünürəm.
Nahid Ustaclı