Azərbaycan milli komandasının və Zaqreb "Dinamo"sunun hücumçusu Mahir Emreli şəxsi "Instagram" hesabında paylaşım edib.
Fanat.Az xəbər verir ki, uzun müddət zədə səbəbindən yaşıl meydanlardan kənarda qalan 26 yaşlı forvard 5 aydan sonra sıraya dönməsi barədə fikirlərini bölüşüb:
"Beş aydan sonra meydana çıxmağım məni həyəcanlandırdı. Uzun müddətdən sonra oynamaq, qələbə qazanmaq çox xoş duyğulardır. İnanılmaz dəstəyiniz üçün hər kəsə öz təşəkkürümü bildirirəm".
Qeyd edək ki, Emreli Xorvatiya çempionatının XXXV turu çərçivəsində "Slaven Belupo" ilə matçın 46-cı dəqiqəsində meydana çıxıb. Görüş "Dinamo"nun qələbəsi (3:2) ilə başa çatıb.