“Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze Misli Premyer Liqasının 35-ci turu çərçivəsində “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.
Fanat.Az xəbər verir ki, o, komandasının evdə 2:0 hesabı ilə qalib gəldikləri matç barədə bunları deyib:
"Oyuna görə uşaqlara təşəkkür etmək istəyirəm. Ən yaxşı oyunlarımızdan birini keçirdik. Qol imkanlarımız çox idi. Düzdü, bir çoxunu reallaşdıra bilmədik, bundan razı qalmadım. Amma əsas odur ki, qələbə qazandıq. Heyif, bu qələbələr elitada qalmaq baxımından bizə heç nə vermir. Həyat davam edir...".