“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxışıyev Misli Premyer Liqasının 35-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.
Fanat.Az xəbər verir ki, o, komandasının səfərdə 0:2 hesabı ilə məğlub olduqları matç barədə bunları deyib:
"Burada olmaq xoş idi. "Qəbələ"ni təbrik edirəm. Özümü burada rəqib və ya qonaq kimi hiss etmədim. Məşqçi kimi burada formalaşmışam. "Qəbələ"nin yaxşı rəhbərliyi var. Ümid edirəm ki, yenidən Premyer Liqaya qayıtmağı bacaracaqlar. Komandama gəlincə, futbolçular ən zəif oyunlarından birini keçirdilər. Sanki motivasiya əskikliyi var idi.
Bir oyunumuz qaldı, ondan sonra rəhbərliklə görüşümüz olacaq. Gələcək planlarımızı müzakirə edəcəyik".