Ardıcıl 4-cü dəfə İngiltərə Premyer Liqasının qalibi olan "Mançester Siti"nin yarımmüdafiəçisi Rodri çempionluq mübarizəsində "Arsenal"ı üstələmələrindən danışıb.
Fanat.Az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano onun sözlərini şəxsi "X" hesabı üzərindən belə çatdırıb:
"Arsenal" inanılmaz mövsüm keçirdi, amma fərq mentalitetdədir. Onlar "Etihad"a gələndə bizi məğlub etmək istəmirdilər. Bura heç-heçə üçün gəlmişdilər".
Xatırladaq ki, MS mövsümü 91, "Arsenal" isə 89 xalla başa vurub.
Nihat