AFFA-dakı prezident dəyişikliyindən - aprelin əvvəlində Rövşən Nəcəfin Rövnəq Abdullayevi əvəzləməsindən sonra gözlənilən islahatlar həyata keçmək üzrədir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, "yarpaq tökümü"nə iyunun əvvəlində start veriləcək.
Qurumun sabiq icraçı vitse-prezidenti Elxan Məmmədovun kadrlarının vəzifəsindən azad edilməsi əsas hədəfdir. Eyni zamanda bir neçə departament və şöbələrdə dəyişikliklər olacaq. Hazırda bu yöndə araşdırmalar aparılır.