İkinci Liqanın 26-cı turu çərçivəsində "Cəbrayıl" səfərdə "Füzuli" ilə qarşılaşıb. Görüş Cəbrayıl təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Son dəqiqələrdə iki qol vuraraq görüşün qəhrəmanı olan Ruslan Voronsovla əlaqə saxlayıb təəssüratlarını öyrəndik.
Voronsovun Fanat.Az-a müsahibəsi belə alındı:
- Oyundan öncə gözləntiniz nə idi?
- Matçın çox ağır gərgin şəraitdə keçəcəyini bilirdik. Şükür ki, qələbə qazandıq. Təbii ki, buna görə çox sevinirəm.
- Vurduğunuz qollarla bağlı təəssüratlarınız necədir?
- Hesabda geri düşdüyümüz oyunun sonluğunda iki dəfə fərqləndiyimə görə çox sevincliyəm. Karyeramın ən gözəl, baxımlı qollarına imza atdım. Eyni zamanda, ən vacib qolların da müəllifi olduğum üçün qürur duyuram.
- Yayda klubu tərk edəcəyinlə bağlı xəbərlər həqiqəti əks etdirirmi?
- Hələ ki, müqaviləm var. Sonra üçün nəsə demək çətindir.
- "Karvan"da özünü daha yaxşı tərəfdən göstərə bilirdin, yoxsa hazırkı klubun olan "Cəbrayıl "da?
- "Karvan"da özümü göstərə bilmədim. Burda isə Cavid Hüseynovun etimadı sayəsində oyunum daha yaxşı alınır. Şadam ki, Cavid müəllimin etimadını doğrultdum.
Nahid Ustaclı