Misli Premyer Liqasını tərk edən "Qəbələ"nin futbolçusu Əyyub Allaş bölgə klubu ilə vidalaşıb.
Fanat.Az xəbər verir ki, mərakeşli oyunçu sosial şəbəkə hesabında belə bir paylaşım edib:
"Salam, "Qəbələ". Öncə mənə dəstək olan hər kəsə, kluba, məşqçilər heyətinə, azarkeşlərə təşəkkür edirəm. Mən hər zaman məşqlərdə və oyunlarda əlimdən gələnin ən yaxşısını edirdim. Sonda hər kəsə uğurlar arzulayıram".
Qeyd edək ki, Allaş 2023-cü ilin yanvarından "Qəbələ"də çıxış edirdi. 26 yaşlı futbolçu bu mövsüm "qırmızı-qaralar"ın heyətində meydana çıxdığı 40 rəsmi matçda 7 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.