AFFA Hakimlər Komitəsi 2024/2025-ci illər mövsümündə Azərbaycan Premyer Liqası və I Liqa oyunlarını idarə edəcək hakimlərin siyahısını təsdiqləyib.
Fanat.Az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.
Siyahı hakimlər və hakim köməkçiləri kateqoriyalara bölünüb. Elit kateqoriyada yer alan 17 hakimdən 2-si yenidir.
Qeyd edək ki, məlumatda 2024/2025-ci illər mövsümü üçün hakim-inspektorların siyahısının dəyişməz qaldığı bildirilib.