"Səbail"də ayrılıq reallaşıb.
Fanat.Az-ın məlumatına görə, müdafiəçi Adil Nağıyev "dənizçilər"lə vidalaşıb.
Müqaviləsinin müddəti başa çatan 28 yaşlı müdafiəçi komanda ilə sağollaşıb.
Qeyd edək ki, Premyer Liqada debütü 2015/16 mövsümünə təsadüf edən Nağıyev "Səbail"in heyətində ümumilikdə 98 qarşılaşmada meydana çıxıb və karyerası ərzində “Zirə” (83) “Sumqayıt” (12), “Şamaxı” (17) klublarının formasını geyinib.
Mirağa