Heyətini gücləndirmək istiqamətində çalışmalarını davam etdirən “Araz-Naxçıvan” Tərlan Əhmədli ilə müqavilə imzalayıb.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 1 illik anlaşmaya imza atan 29 yaşlı qapıçı yeni mövsümün sonuna qədər "ağ-qırmızılar"ın şərəfini qoruyacaq.
Son iki mövsümü “Turan Tovuz”da keçirən qolkiper karyerası ərzində “Sumqayıt” və “Qəbələ”nin də formasını geyinib.
Qeyd edək ki, “Araz-Naxçıvan” dünən Urfan Abbasov, Ömər Buludov və Ülvü İsgəndərovla müqavilə imzalayıb.