“Sumqayıt” komandası Azərbaycan Premyer Liqasında tarixi ərzində ən çox xalı toplayıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı statistik məlumat paylaşıb.
Samir Abasovun başçılıq etdiyi kollektiv geridə qalan mövsümü 57 xalla başa vurub.
“Gənclik şəhəri” təmsilçisi keçirdiyi 36 qarşılaşmanı 15 qələbə, 12 heç-heçə və 9 məğlubiyyətlə tamamlayıb.
Qeyd edək ki, “Sumqayıt” bundan öncə ən çox xalı da məhz Samir Abasovun rəhbərliyi altında 2017-2018-ci illər mövsümünün yekununda toplayıb – 40 xal. Həmin mövsümdə Azərbaycan Premyer Liqasında 8 komanda mübarizə aparıb və ümumilikdə 28 tur oynanılıb.