2023/2024 mövsümünü icarə əsasında "Kəpəz"də keçirən Elmir Tağıyevin növbəti "futbol ili"nə harada başlayacağı bilinmir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, 24 yaşlı yarımmüdafiəçinin bu gün üçün bir neçə variantı var.
Elmirin xidmətində "Səbail", "Turan Tovuz" və "Şamaxı" maraqlıdır. Eləcə də Gəncə təmsilçisi onun komandada qalmasını istəyir. Müqavilə ilə məxsus olduğu "Səbail"lə anlaşmasının müddəti gələn ayın sonunda başa çatacaq Elmir uyğun variantlardan birini seçəcək.
Qeyd edək ki, cari mövsüm "Kəpəz" forması ilə 26 matça çıxan Elmir 1 qolla yadda qalıb. O, Azərbaycan Kubokunda da 1 qarşılaşmada iş başında olub.
Nihat