"Qarabağ"ın yarımmüdafiəçisi Yassin Benzia Əlcəzair millisinə çağırılıb.
Fanat.Az Əlcəzair Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Vladimir Petkoviç ümumilikdə 25 futbolçuya dəvət göndərib.
Ağdam təmsilçisinin futbolçusu DÇ-2026-nın seçmə mərhələsinin oyunlarında ölkəsinin yığmasına kömək edə bilər. Əlcəzair bu turnir çərçivəsində iyunun 6-da Qvineya, 10-da isə Uqanda ilə qarşılaşacaq.
Nihat