Birinci Liqa uğrunda mübarizə aparan "Araz Saatlı" azarkeşlərini unutmayıb.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Birinci Liqaya vəsiqə qazanmaq uğrunda pley-off matçında "Cəbrayıl" ilə qarşılaşacaq "Araz Saatlı" "28AS" azarkeş qrupu üçün səfərə yollanmağa kömək məqsədilə nəqliyyat vasitəsi sifariş edib.
Bundan başqa, klub paytaxtda yaşayan bütün saatlılıları matça dəvət edib.
Qeyd edək ki, ilk matç 9 iyun saat 18:30-da "ASCO Arena"da baş tutacaq.