London "Arsenal"ının yarımmüdafiəçisi Kay Haverts ötən ilin iyul ayında "Çelsi"ni "topçular"a dəyişməsindən danışıb.
Fanat.Az xəbər verir ki, onun sözlərini şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano belə çatdırıb:
"Çelsi"dən "Arsenal"a keçməyə dəyərdi. "Çelsi"nin tərəfdarları komandanı tərk etdiyim üçün mənə hisrlənmişdilərsə, "Arsenal" fanatları da gəlişimə sevinmirdilər. Çünki başlanğıcda hər şey o qədər də yaxşı deyildi. Ancaq yaxınların, məşqçilərin və komanda yoldaşların səni dəstəkləyirlərsə, bu, insana güc verir".
Xatırladaq ki, Xaverts 2023/2024 mövsümündə "Arsenal"ın heyətində 51 matça çıxıb. Bu qarşılaşmalarda 14 qol vuran ön xətt oyunçusu 7 məhsuldar ötürmə ilə də yadda qalıb. Onun "topçular"la müqaviləsinin müddəti 2028-ci ilə qədər nəzərdə tutulub.
Nihat