"Səbail" klubunda "yarpaq tökümü" davam edir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, müdafiəçi Adil Nağıyevdən sonra daha iki futbolçu komandanı tərk edib.
Söhbət "dənizçilər"in liderləri Aleksandr Ramalinqomla Pedro Nunodan gedir. Klub rəhbərliyi hər iki legioneri saxlamağa çalışsa da, danışıqlar alınmayıb.
Qeyd edək ki, Ramalinqom son mövsümdə Premyer Liqada 35 oyuna çıxaraq 15 qol vurub. 31 yaşlı forvard çempionatın ikinci məhsuldar oyunçusu, "Səbail"in isə əsas qol silahı olub. Pedroya gəlincə, yarımmüdafiənin "ürəy"i olan portuqaliyalı 34 oyunda 10 qol və 5 assistlə yadda qalıb.
Mirağa