"Araz-Naxçıvan"la müqaviləsinin müddəti bu ay başa çatan Nicat Süleymanovun xidmətində 3 klub maraqlıdır.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bunlar "Turan-Tovuz", "Kəpəz" və 1 illik fasilədən sonra Misli Premyer Liqasına qayıdan "Şamaxı"dır.
Naxçıvan təmsilçisinin müqavilə yenilədiyi futbolçular arasında olmayan 25 yaşlı yarımmüdafiəçi hazırda bu komandalarla danışıq aparır.
Qeyd edək ki, geridə qalan mövsümdə Muxtar Respublika təmsilçisinin forması ilə 24 çempionat matçına çıxan Süleymanov 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, Azərbaycan Kubokunda keçirdiyi 3 görüşdə 3 qol və 1 assistlə diqqət mərkəzinə düşüb.
Nihat