Azərbaycanın futbol üzrə amputant millisi Fransanın Evian şəhərində keçirilən Avropa çempionatında ilk qələbəsini qazanıb.
Fanat.Az xəbər verir ki, yığma 9-16-cı yerlər uğrunda matçda ilk olaraq Yunanıstanla qarşılaşıb.
Görüş seçməmizin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, qrup mərhələsində İrlandiya (0:1) və Türkiyəyə (1:12) uduzan milli İsraillə heç-heçə edib - 1:1.