Fələstin yığması DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, “Neftçi”nin yarımmüdafiəçisi Ataa Caber də Livanla matçın iştirakçısı olub.
Qətərin paytaxtı Dohada keçirilən və qolsuz (0:0) nəticələnən görüşdə Caber meydana start heyətində çıxıb 90 dəqiqə mübarizə aparıb.
Qeyd edək ki, hazırda Fələstin yığması 8 xalla İ qrupunda 2-ci pillədə qərarlaşıb. Son turun nəticəsindən asılı olmayaraq, Caberin komandası qrup ikincisi kimi növbəti mərhələyə vəsiqəni təmin edib. Avstraliya millisi 15 xalla qrupda birinci, Livan 3 xalla üçüncü, Banqladeş isə 1 xalla dördüncüdür.