"Qarabağ"ın futbolçusu Leandro Andrade karyerasını İstanbul nəhəngində davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "A Bola" yayıb.
Xəbərə görə, kabo verdeli yarımmüdafiəçinin xidmətində "Beşiktaş" maraqlıdır. Mənbə sözügedən klubun hazırda Ağdam təmsilçisi ilə danışıq apardığını vurğulayıb.
24 yaşlı Andradenin "Qarabağ"la müqaviləsinin müddəti 2027-ci ilədək nəzərdə tutulub. Andradenin anlaşmasındakı sərbəstqalma məbləği 4 milyon avrodur.
2023/2024 mövsümündə "köhlən atlar"ın forması 58 matça çıxaraq 15 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat