"Səbail" klubu futbolçusu Cabir Əmirli ilə müqavilə yeniləyib.
Fanat.Az Bakı təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu daha 1 il “dənizçilər”in formasını geyinəcək.
Cabir 2023/2024 mövsümündə Azərbaycan Premyer Liqasında 14 oyunda (989 dəqiqə) meydana çıxıb.
Qeyd edək ki, paytaxt klubu daha öncə Ağabala Ramazanov, Adil Nağıyev və Səlahət Ağayevlə yolları ayırdığını, Yusif Nəbiyev, Hüseynəli Quliyev, Samir Abdullayev, Rüfət Abdullazadə, Süleyman Əhmədovla müqaviləni yenilədiyini, Fərid Nəbiyevi isə transfer etdiyini açıqlayıb.