14:41 10.06.2024 1432

“Araz-Naxçıvan” bazarı və ya Paris azarı

Növbəti mövsüm də Naxçıvan böyük futbolsuz qalacaq. Baxmayaraq ki, Muxtar Respublikanın təmsilçisi “Araz-Naxçıvan” artıq ikinci ildir Azərbaycan çempionatında iştirak hüququ qazanıb. Əslində, düşündüyüm o idi ki, 2024/25 mövsümünə sözügedən komandaya lisenziya verilməyəcək. Səbəbsə çoxdur:

Stadion nağılı

Klub rəsmilərinin ötən mövsümdən Naxçıvan stadionu ilə bağlı verdiyi vədlər gerçəkləşmədi. Konkret desək, ümumiyyətlə heç bir iş görülmədi. Buna baxmayaraq, yenidən eyni vədləri növbəti mövsüm üçün də verdilər. Nə sirri-xudadırsa, AFFA-nın Lisenziyalaşdırma qrupu nağılbazlara yenidən yaşıl işıq yandırdı. Əcəba, niyə? 

Sirr deyil ki, Zaur Axundov klubun qeyri-rəsmi prezidentidir. Məhz onun nüfuzu Lisenziya qrupunun müsbət rəyi ilə nəticələnib. Soruşa bilərsiniz ki, bəs lisenziyanın verilməsində Axundovun hansı təsir gücü var? İndi ki, Elxan Məmmədov yoxdur. 

Düzdür, Məmmədov AFFA-da cismən yoxdur, lakin Azərbaycan futbolunda  bəzi qərarlar hələ də Parisdən gələn təlimatlara görə alınır. Görünən odur ki, yeni komanda “köhnə qvardiya” ilə mübarizə aparmaqda acizdir. Səbəbləri ayrı yazımın mövzusu olacaq. Bir-iki cümlə onu deyim ki, yenilərin qərarsızlığı, qətiyyətsizliyi köhnələrin ayaqda qalmasına əsas səbəbdir. Hətta “hazırki rəhbərlikdə də, qurumun daxilində də fikir ayrılıqları var” və buna bənzər söz-söhbətlər yaymaqla ictimaiyyətin yeni komadaya olan ümidini sarsıtmağa çalışılırlar. Yenə təkrar edim, bu, Elxan Məmmədovun gücü deyil, yenilərin çarəsizliyi kimi sezilir.

Şübhəli oyunlar

Doğrudur, əldə fakt olmadan klubu danışılmış oyunlarda ittiham etmək olmaz. Amma ötən mövsüm “Araz-Naxçıvan”la bağlı futbol ictimaiyyətində, sosial şəbəkələrdə kifayət qədər xoşagəlməz fikirlər yayıldı. Bir neçə oyunun şübhə doğurmasını nəzərdə tuturam... 

Klub rəhbərliyi də eşitməmiş deyildi. Ancaq yayılan söhbətlər klub tərəfindən təkzib olunmadı. Bu məqamda da AFFA  Axundovun klubuna qarşı loyallıq sərgilədi. Başa düşdük, danışılmış oyunlarla bağlı UEFA-dan, “SportRadar”dan “siqnal” gələndən sonra bizim ali futbol qurumumuz hərəkətə keçir. Lakin AFFA-nın da daxili çempionatlarda şübhələndiyi oyunlarla bağlı aidiyyatı qurumlardan araşdırma tələb etmək hüququ var. Bunu etdilərmi? Yuxarıda qeyd etdiyim kimi, axı ictimaiyyətdə kifayət qədər şübhə vardı. Hə, yəqin ki, mövzu Məmmədovdursa, kadrları və onların klublarıdırsa, siqnal UEFA-dan, “SportRadar”dan deyil, Parisdən gəlməlidir. Bunu da anladıq. 

Transfer bazarı

Mövsüm bitər-bitməz 4  yerli futbolçu ilə anlaşan klub 7-8 oyunçu ilə də yollarını ayırıb. Göndərilən futbolçular barədə rəsmi xəbər yaxın günlərdə veriləcək. Gedənlərin əksəriyyəti əcnəbilər olacaq. Ötən mövsüm də belə idi. Bir aya komanda yığan Naxçıvan təmsilçisi dəyər-dəyməzinə futbolçular transfer etdi. İndi də keçən il gətirdiklərini bu il yola salacaqlar. Tanış ssenaridir. Vaxtı ilə Riad Rəfiyev də “Sumqayıt”da belə edirdi. Onda böyük qardaşı, dayağı AFFA-da söz sahibi idi. Havaya sovrulan, ölkədən çıxarılan pul isə dövlətin futbolun inkişafına ayırdığı vəsaitdir. O vəsait ki, Azərbaycanda Əhmədin, Məmmədin uşaqlarının gələcəkdə futbolumuzun inkişafına töhfə verməsi üçün ayrılır. Amma ölkədən dollarla çıxan pullar kənarda conların, ivanların balalarının  dəbdəbəli həyat tərzinə xərclənir. Onlar da hər bazar kilsədə, elxanlar, riadlar, zaurlar üçün şam yandırır, müqəddəs ata, oğul və müqəddəs ruh naminə dualar edirlər. 

Yarımbaşlığa – “transfer bazarı”na gəlincə, “Araz-Naxçıvan” kimi əsas büdcəsi dövlətdən maliyyələşən digər klublarımız da əcnəbi gətirir. Əsasən onların qiyməti 8-10 min manat civarında olur. Ancaq Muxtar Respublika təmsilçisi “Səbail”in 5 min manata razılaşmaq üzrə olduğu Ürfan Abbasova birdən-birə 8 min manat təklif edərək rənglərinə qatır. Nə min, nə də iki min, üç min manat fərqlə. Hələ bilmədiyimiz neçə belə anlaşmalar, dəyərindən artıq şişirdilmiş müqavilələr var. 

İcazə verin, bu il də şübhələnək. Zaur müəllim nə qədər vəsait ayırır ki, klub transfer bazarlığında bu qədər səxavətlidir? 

Nəqşicahan təmsilçisinin rəhbərliyinin nə keçən mövsüm Avropaya vəsiqə hədəfi olub, nə də gələn il üçün belə iddiası var. Məqsəd aydındır: Dövlətin maliyyəsi hesabına Elxan Məmmədovun Azərbaycan futbolunda gücünü qorumaq. AFFA-nın yeni rəhbərliyi isə hələ fil boyda işlər haqqında düşünür. 
Cənablar, ayılın! Parisə qulluq edən kadrlar, qurumlar, komandalar təmizlənməsə, bağlanmış yeni müqavilələr ən azı sizi növbəti mövsümə qədər “nokaut”a salacaq. Həmin klublara şifahi də olsa, transfer qadağası qoyulmalıdır. Keçən hər gün qarşı tərəfin qazancı, sizinsə ...

Nöqtələrin yerinə qoymağa söz fikirləşin, mən tapmadım. 

Əli Sahib
 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

21 Sentyabr 2024
01:42

İspaniya La Liqası: "Sevilya"nın çöküşü davam edir

01:30

Fransa Liqa1: "Sent-Etyen"in "daşını daş üstə qoymadılar"

01:06

İtaliya A Seriyası: Meydan sahiblərindən udan olmadı

00:45

Almaniya Bundesliqası: Startda 5 qol vuruldu

00:20

Türkiyə Super Liqası: "Hatayspor" evində uduzdu

20 Sentyabr 2024
23:43

"Milan"da xaos - İbrahimoviç baş məşqçidən xəbərsiz görün nə edib?

23:14

Millimiz Çexiyaya yenə uduzdu

22:55

"Neftçi" əvvəl-axır yenə öz uğurlu nəticələrini geri qaytaracaq" - Qurban Qurbanov

22:30

Qriqorçuk "Qarabağ"a böyük hesablı məğlubiyyəti belə şərh etdi

21:54

MPL: "Şamaxı" "Kəpəz"ə qalib gəldi, "Neftçi" "Qarabağ"a böyük hesabla uduzdu

21:30

Millimiz beynəlxalq turnirdə iştirak edəcək

20:57

Çempionlar Liqasında ilk turun ən yaxşı oyunçusu açıqlandı

20:22

Sterlinq İngiltərə futbolunun tarixinə düşdü

19:19

"Hansısa oyunçunu söymək çıxış yolu deyil" - Azər Bağırov

19:08

Ayxan Abbasov qələbəni belə şərh etdi

18:35

"O, meydana start heyətdə çıxacaq" - Ançelotti vəd verdi

17:48

"Vlahoviçdən çox razıyam" - Tyaqo Motta

17:30

"İlqar, istefa!" - Gəncəli azarkeşlərdən ardıcıl qollara etiraz

17:00

"Matias Tilin yanvarda icarəyə verilməsi..." - "Bayern Münhen" rəsmisi

16:41

AFFA bölgə klubunun oyunçusunu 4 oyunluq diskvalifikasiya etdi

16:23

"Hər oyunda 20 dəqiqə oynayaraq 30 qol vurardım" - Zlatan İbrahimoviç

16:04

ÇL: İlk turun ən yaxşı oyunçusu adına namizədlər açıqlandı

15:44

Tarixin ən yaxşı şahmatçıları bilindi

15:25

"Quba" yeni legionerlə gücləndi

15:07

"Qarabağ"ın rəqibində yeni müqavilə

14:40

"Barselona" Rafinyanı satıb ukraynalı ulduzu alır - SON DURUM

14:11

Fransızlar Premyer Liqa nəhənginin ulduzuna elçi düşdü - Atası 100 milyon istəyir

13:53

“Neftçi”dən daha 2 transfer

13:35

AL: İsveçli azrkeşlər üçün “Qarabağ”la oyuna biletlərin qiyməti bilindi

13:17

Futbolda inqilabi yenilik - Platininin ideyası

12:58

"Bizim qələbə şansımız "Arsenal"ınkından çox idi" - Can Pyero Qasperini

12:40

"Qəbələ" 900-ə Lökbatanda çatdı

12:22

Qarsiya "Barselona" tarixinin antirekorduna imza atdı

12:04

Ronaldu karyerasını bitirəndən sonra nədən ötrü darıxacaq? - Açıqladı

11:46

Sabiq "Liverpul"lu bu klubun idman direktoru təyin olundu

11:27

“Qələbə qazansaydıq, daha çox sevinərdim”

11:10

Dibala De Rossinin qovulmasına belə reaksiya verdi

10:53

"Bayer"in ulduzu Almaniya futbolunun tarixinə düşdü - REKORD

10:34

"Sabah" ÇL-də uduzduğu komandaya yenidən rəqib oldu

10:15

"Mançester Siti"də ciddi itki - Lideri "Arsenal"la matçda oynamayacaq

Facebookdan bizi izləməyi unutmayın.
X