"Qarabağ" 2023-cü ilin yanvarında "Krasnodar"a satdığı Kadini geri qaytarmağa yaxındır.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Rusiya təmsilçisi ilə aparılan danışıqlar müsbət yöndə yekunlaşmaq üzrədir.
Braziliyalı yarımmüdafiəçinin özünün də Ağdam təmsilçisində oynamaq istədiyini nəzərə alan "buğalar" şərtlərlə bağlı müəyyən güzəştlər etməyə razılaşıblar.
Xüsusi nəsə baş verməsə, "sambaçı" yeni mövsümə Ağdam təmsilçisində başlayacaq.
Nihat