"Qarabağ" yeni mövsüm üçün ikinci transferini reallaşdırıb.
Fanat.Az xəbər verir ki, Ağdam təmsilçisi hücumçu Musa Qurbanlını heyətinə cəlb edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı forvardla üç illik müqavilə imzalanıb. İsveçin “Yurqorden” klubundan transfer olunan futbolçu 2027-ci ilin yayına qədər "köhlən atlar"da çıxış edəcək.
Qurbanlı peşəkar karyerasına “Qarabağ”da başlayıb. O, 2019-2020-ci illərdə bu komandanın formasını geyinib. Forvard 2021-ci ilin ilk yarısında icarə əsasında “Zirə”də çıxış edib. 2021-ci ilin iyunundan yenidən ağdamlıların uğurları üçün çalışan Musa 2023-cü ilin yayında “Qarabağ”dan İsveç klubuna transfer edilib.
Qeyd edək ki, "Qarabağ"ın yeni transferi Azərbaycan milli komandasında 14 oyunda 3 qol vurub.