Bu gün I Liqaya vəsiqə uğrunda pley-off mərhələsinin cavab görüşü keçirilib.
Fanat.Az xəbər verir ki, “Araz Saatlı” və “Cəbrayıl” komandaları həlledici matça çıxıblar.
Saatlı Olimpiya İdman Kompleksinin stadionunda keçirilən cavab matçından Cavid Hüseynovun komandası qalib ayrılıb - 3:1.
İlk görüşdə də 2:0 hesabı ilə qalib gələn "Cəbrayıl" yeni mövsümdən I Liqada iştirak etmək hüququ qazanıb.
"Araz Saatlı" isə 2024/2025 mövsümünə II Liqada start verəcək.