"Kəpəz" klubu 2 futbolçu ilə yollarını ayırıb.
Fanat.Az Gəncə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, müqaviləsi başa çatan Mate Kvirkviya və Adama Niane ilə anlaşma yenilənməyib.
Hər iki legioner komandanı tərk edib.
Yarımmüdafiəçi mövqeyində oynayan Mate son iki mövsümdə “sarı-göylər”in şərəfini qoruyub. Adama isə yalnız ötən mövsüm “Kəpəz”də çıxış edib.