"Səbail" klubunun təcrübəli futbolçusu Ağabala Ramazanov karyerasını bitirmək qərarına gəlib.
Fanat.Az xəbər verir ki, futbolçu bu barədə özünün "Instagram" hesabında məlumat yayıb.
Ramazanov paylaşımında milli komanda və "Səbail" klubunda çıxış etdiyi müddət ərzində ona dəstək olan hər kəsə təşəkkür edib.
Qeyd edək ki, Ağabala Ramazanov mövsümün əvvəlində aldığı ciddi xəsarətə görə uzun müddət yaşıl meydanlardan kənarda qalmışdı. Mövsümün sonuna isə Bayıl təmsilçisi onunla başa çatan müqaviləni yeniləməmişdi.