Bu mövsüm Azərbaycanı Konfrans Liqasında təmsil edəcək “Sabah” futbolçusu ilə vidalaşıb.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yarımmüdafiəçi Kristian da Silva iləmüddəti başa çatan müqavilə yenilənməyib.
Qeyd edək ki, braziliyalı futbolçu 2022-ci ildən "bayquşlar"ın formasını geyinirdi.