Transfer çalışmalarını davam etdirən "Turan Tovuz" heyətinə yeni futbolçu cəlb edib.
Fanat.Az xəbər verir ki, "boz qurdlar" yarımmüdafiəçi Tural Bayramlı ilə 2 illik müqavilə bağlayıblar.
Məlumatı klubun mətbuat xidməti yayıb.
26 yaşlı futbolçu karyerası ərzində Yunanıstan və Latviyada legioner həyatı yaşayıb. O, ölkəmizdə "Sumqayıt", "Keşlə", "Zirə", "Səbail" və "Araz-Naxçıvan"ın uğurları üçün çalışıb.