Transfer çalışmalarına start verən “Qəbələ” heyətinə 2 yeni futbolçu qatıb.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, müdafiəçi Vüqar Həsənovla yarımmüdafiəçi Urfan İsmayılov “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq.
Hər iki futbolçu ilə 2 illik müqavilə bağlanıb.
Vüqar Həsənov son iki mövsümdə “Səbail”in formasını geyinib. O, bunadək “Şamaxı-2” (2017-2018), “Neftçi-2” (2020), “Kəpəz” (2021-2022) komandalarında çıxış edib. Müdafiəçi Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin də şərəfini qoruyub.
Vüqar İsmayılov isə ötən mövsüm “Qaradağ Lökbatan”ın formasını geyinib. O, bunadək “Rəvan-2”, “Zirə-2”, “Şamaxı” və “Səbail”də çıxış edib.