"Sumqayıt" klubu Rəhim Sadıxovla müqavilə imzalayıb.
Fanat.Az xəbər verir ki, bu barədə "gənclik şəhəri" təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Rəhimin 2+1 illik müqaviləyə imza atdığı bildirilib.
2019-2022-ci illərdə də "Sumqayıt"ın formasını geyinmiş Sadıxovun son klubu "Zirə" olub.