Bu gün “ASCO Arena”da “Səbail" PFK ilə “Məlhəm Beynəlxalq Hospital” arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə müqaviləyə “Səbail" tərəfdən icraçı direktor Firuz Qarayev, “Məlhəm Beynəlxalq Hospital”dan eyniadlı vəzifəni icra edən Sevda Əlizadə tərəfindən imza atılıb.
Anlaşmaya əsasən, sözügedən tibb ocağı 2024/2025 mövsümündə kluba tibbi xidmət göstərəcək.