Zaur Axundov Naxçıvan Futbol Federasiyasının prezidenti seçilib.
Fanat.Az xəbər verir ki, bu barədə Muxtar Respublikanın "Nuhçıxan" İnformasiya Agentliyi məlumat yayıb.
Axundovun təyinatı ilə bağlı federasiyanın bu gün keçirilən hesabat-seçki yığıncağında qərar verilib.
Qeyd edək ki, 1973-cü ildə Naxçıvan şəhərində anadan olan Zaur Axundov həm də 2008-ci ildən Azərbaycan Futzal Federasiyasının prezidenti, 2017-ci ildən isə AFFA-nın İcraiyyə Komitəsinin üzvüdür.