“Sabah” klubunun İçərişəhərdə yerləşən azarkeş mağazasının açılış mərasimi olub.
Fanat.Az xəbər verir ki, tədbir klubun əməkdaşlıq etdiyi sponsorlarından olan “Costa Coffee”də baş tutub.
Açılış mərasimində “Costa Coffee”nin baş direktoru Emin Sultanov, “Sabah”ın icraçı direktoru Pərvin Piriyev qonaqları salamlayıb, tədbirlə bağlı fikirlərini bölüşüblər.
Masazır təmsilçisinin azarkeşləri fan-şopda klubun futbol və basketbol komandalarına məxsus formaları, müxtəlif aksesuarları əldə edə, həmçinin sponsor "Coffee Costa"nın ləziz içkilərindən dada bilərlər.