Yeni mövsümün hazırlıqlarını davam etdirən "Səbail" heyətinə ispaniyalı futbolçu cəlb edib.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “dənizçilər” son olaraq Bolqarıstan təmsilçisi “Etır”ında oynamış Qorka Laruçça ilə 1 illik müqavilə imzalayıb.
31 yaşlı dayaq yarımmüdafiəçisi paytaxt təmsilçisində 8 nömrəli formanı geyinəcək.