Mövsümün hazırlıqlarını davam etdirən "Turan Tovuz" təlim-məşq toplanışı çərçivəsində bu gün ikinci yoxlama oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Kurban Berdiyevin komandası "Kəpəz"lə qarşılaşıb.
Oyun Qəbələ şəhər stadionunun köməkçi meydançasında baş tutub. Tovuzlular ikinci yoxlama oyununda da qələbə qazanıb. "Turan Tovuz" Oto Conun dublu, Aleks Souza və Sadiq Şəfiyevin qolları ilə rəqibini 4:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, "Turan Tovuz" bir neçə gün əvvəl eyni məkanda "Şəmkir"lə qarşılaşmış və 13:0 hesablı darmadağına imza atmışdı.