"Şerif"in baş məşqçisi Yuri Qura Moldovada "Zirə"yə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransı keçirib.
Fanat.Az xəbər verir ki, ukraynalı çalışdırıcı belə danışıb:
"Rəqib səviyyəli komandadır. Onlarla oyun bizim üçün ciddi sınaqdır. Matça psixoloji cəhətdən hazır olmalıyıq. Sabah meydanda əlimizdən gələni edəcəyik. Bu, baş məşqçi kimi ilk avrokubok oyunumdur. Bu səbəbdən müsbət nəticəyə ümid edirəm. Əlbəttə, həyəcan var, amma istəyimiz böyükdür. Meydanda bacarığımızı ortaya qoymayılıq".
Qeyd edək ki, "Şerif" və "Zirə" arasında ilk görüş iyulun 11-də, saat 21:00-da “Şerif” İdman Kompleksində baş tutacaq. Cavab qarşılaşması isə bir həftə sonra “Liv Bona Dea Arena"da reallaşacaq.