Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinin oyunları start götürüb.
Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçisi "Zirə" də qitə turniri çərçivəsində oyuna çıxıb.
Bu avrokubok mövsümündə "cığıraçan" rolunu oynayan Rəşad Sadıqovun başçılıq etdiyi komanda "Şerif"in qonağı olub. Matç Bakı vaxtı ilə saat 21:00-da başlayıb.
Oyunu isveçrəli Alessandro Dudiç idarə edib. Qarşılaşmanın sonlarında qol vuran "qartallar" Tiraspoldan qələbə ilə ayrılmağı bacarıblar.
Qeyd edək ki, "Zirə" ilə "Şerif" arasındakı cavab oyunu bir həftə sonra “Liv Bona Dea Arena" gerçəkləşəcək. Qarşılaşmanın start fiti saat 20:00 da səslənəcək.
UEFA Avropa Liqası
I təsnifat mərhələsi, ilk oyun
11 iyul
Şerif (Moldova) - Zirə (Azərbaycan) 0:1 (2-ci hissə)
Qol: Volkov, 88
Hakim: Alessandro Dudiç (İsveçrə)
Tiraspol. "Şerif" İdman Kompleksi.
"Şerif": 16. Əl-Tumi, 8. Fernandes, 10. Badolo, 18. Kyabu (k), 33. Lins De Almeyda, 45. Əyyub Allaş, 50. Behiratçe, 61. Akanbi, 66. Pata, 69. Ademo, 90. Yade
Ehtiyat oyunçular: Straystari, Kaleadnik, Bookye, Ouattara, Riak, Mbekeli, Forov, Dyinari, Miya, Despotovski, Payreli
"Zirə": 97. Tiaqo Silva, 4. Ruan Renato, 5. Stefan Aka, 8. İsmail İbrahimli, 11. Rüstəm Əhmədzadə, 15. Pyer Zebli, 23. Rafael Utsiq, 29. Ceyhun Nuriyev, 32. Qismət Alıyev, 70. İssa Cibrilla, 90. Davit Volkov
Ehtiyat oyunçular: Anar Nəzirov, Səlim Həşimov, Ange Mutsinzi, Məqsəd İsayev, Elçin Əlicanov, Fuad Bayramov, Junior Martins, Salifu Suma, Hacıağa Hacıyev, Abbas İbrahim