“Səbail” klubu daha bir transfer reallaşdırıb.
Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi Mert Çeliklə müqavilə imzalayıb.
Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, Azərbaycan U-21 millisinin sabiq müdafiəçisi ilə 1 illik anlaşma əldə olunub. Yığmada 7 qarşılaşmada 1 qola imza atmış 24 yaşlı futbolçu "dənizçilər"in heyətində 20 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, "Səbail" Mertdən əvvəl Fərid Nəbiyev, Əlirza Müştəbazadə, Nahid Quliyev, Vüsal Məsimov, Amir Bilali, Dmitro Litvin və Qorka Laruççanı heyətinə cəlb edib, Yusif Nəbiyev, Samir Abdullayev, Hüseynəli Quliyev, Rüfət Abdullazadə, Süleyman Əhmədov və Cabir Əmirli ilə anlaşmanın müddətini artırıb.