2024/2025 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunu heyətinə cəlb edib.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçi son olaraq Xorvatiyanın “Qoritsa” klubunda çıxış etmiş Nikola Vuynoviç ilə 1+2 illik müqavilə imzalayıb.
Monteneqro millisinin 27 yaşlı hücumçusu "Sumqayıt"da 9 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, "kimyaçılar" daha öcə Rəhim Sadıxov, Fernando Medeiros və Slavişa Radoviçin keçidini rəsmiləşdiriblər.