Bakıda AFFA tərəfindən UEFA-nın “B” kateqoriyalı məşqçi kursu keçiriləcək.
Fanat.Az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, kurslar avqustun 12-dən start götürəcək.
1-ci modul üzrə kurslar avqustun 15-dək davam edəcək. Sentyabrın 9-dan 12-dək 2-ci modul, sentyabrın 30-dan oktyabrın 3-dək isə 3-cü modul olacaq.
Noyabrın 4-dən 8-dək isə imtahan həftəsi olacaq.